Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Rusiyanı ABŞ-ın tərəfinə çəkə bilməyəcək

Tramp Rusiyanı ABŞ-ın tərəfinə çəkə bilməyəcək


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çini cilovlamaq üçün Rusiyanı Vaşinqtonun tərəfinə çəkə bilməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Pekin Universitetinin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun təsisçisi, professor Vanq Jisi deyib.

Vanq Jisi etiraf edib ki, Tramp Rusiya-Amerika münasibətlərində bəzi dəyişikliklər edə bilər:

"Vaşinqton Moskva və Pekinə qarşı ikili qadağa siyasəti yürüdür. Bu, Çin və Rusiya arasında münasibətləri daha da gücləndirir və Tramp bu vəziyyəti dəyişə bilməz. Həmçinin, Çin bilir ki, Rusiyaya müqavimət göstərə bilməz, Rusiya da Çinə müqavimət göstərə bilməz".

Mehman Mehdiyev
Xəbəri paylaş