Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanla sülh sazişinin imzalanmasına fokuslanmaq doğru deyil

Ermənistanla sülh sazişinin imzalanmasına fokuslanmaq doğru deyil


"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ümumilikdə region üçün faydalıdır. Lakin İrəvanın ucbatından sülh prosesi ləngiyir və normallaşma barədə ümidlər getdikcə azalır".

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib.

O deyib ki, erməni tərəfi hər ilin sonu sülh müqaviləsinin imzalana biləcəyi barədə bəyanatlar səsləndirsə da, ortaya ciddi siyasi iradə qoymayıb:

"Hətta sülhə əngəl törədən vasitələrə əl atmaqla, sərhədboyu ərazilərimizi zaman-zaman atəşə tutmaqla, təhrikçi və təxribat hərəkətlər etməklə, kənar gücləri regiona gətirməklə, silahlanmaqla sülhə maraqlı olmadığını göstərməkdədir. Həmçinin Konstitusiya dəyişikliyinə getmək istəmir və s".

AMİP funksioneri hesab edir ki, Ermənistanla sülh sazişinin imzalanmasına fokuslanmaq da doğru deyil:

"Əvvəla, münaqişə dövründə 30 illik təcrübə göstərdi ki, Ermənistanın strateji hədəfi münaqişənin həlli deyil, dondurulması olduğu kimi, niyyəti də sülh sazişini imzalamaq deyil, status-kvonu saxlamaqdır. Bununla əlverişli zaman və uyğun fürsət düşməsini gözləyir. İkincisi, Ermənistan üçün sülh sazişi bağlamaq heç də İrəvanın təcavüzkar və işğalçılıq siyasətindən, Azərbaycana qarşı ərazi iddialarından bir dəfəlik imtina etmək anlamı vermir. Ermənilərin mövqeləri güclənərsə, yaxud hakimiyyət dəyişikliyi baş verərsə, imzalarından çəkilə də bilər. Çox da uzağa getməyək, 2020-ci Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr Bəyanatının bəzi bəndlərini, konkret olaraq 7-ci bəndində nəzərdə tutulan Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizin açılmasına imkan vermir. Yəni Ermənistan imzasına hörmət qoyan və sadiq qalan bir dövlət deyil".

Süleyman
Xəbəri paylaş