Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın coğrafi cəhətdən hər bir nöqtəsi ordumuz üçün əlverişlidir

Ermənistanın coğrafi cəhətdən  hər bir nöqtəsi ordumuz üçün əlverişlidir


Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.
Gözlənilən təklif idi. Uzun müddətdir Brüssel və İrəvan bunun üçün zəmin formalaşdırmağa çalışırlar. Ötən il Polşa prezidenti Anjey Dudanın şərti sərhəddə səfər etməsi və müxtəlif vaxtlarda atəşkəsin pozulması faktları məhz məlum məqsədə hesablanmış gedişlər idi.
Ermənistan rəhbərliyi vaxtaşırı olaraq sülh danışıqlarından və yaxud normallaşma prosesindən ağız dolusu danışsalar da onların sözügedən istiqamət üzrə imitasiya etdiyi artıq hər kəsə məlumdur.
Avropa İttifaqı İrəvanın uzlaşmaz siyasi ritorikasına dəstək olmaqla regional təhlükəsizliyə ciddi təhdid yaradır. Onlar, bölgəni öz maraqlarına qurban verməkdən çəkinmirlər. Xüsusilə, Prezident İlham Əliyevin Qərbi Azərbaycan və Zəngəzur dəhlizi ilə bağlı son çıxışı hər iki tərəfi ciddi şəkildə narahat edib. Ermənistanı koridorun açılması və Qərbi Azərbaycanlıların geri qayıtması mövzusu qorxuya saldığı kimi, Brüsseli isə Gürcüstan məğlubiyyətindən sonra Ermənistan üzərindən qurduqları planların iflas etməsi təhlükəsi düşündürür.
Nikol Paşinyan İttifaq üçün sərhəddə qalmağın vacibliyini dərk edir və onların qarantorluğunda seçki qabağı özünə uğur hekayəsi yazmağa çalışır. Bu nədən ibarətdir? Azərbaycanla hərbi gərginlikdən. Lakin o, başa düşmür ki, iki ölkə arasında qüvvələr balansı eyni deyil və Ermənistanın coğrafi cəhətdən hər bir nöqtəsi ordumuz üçün əlverişlidir.
Pərviz Mirizadə: Siyasi şərhçi
Xəbəri paylaş