"Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhəddində yerləşən müşahidə missiyasının müddətinin 2027-ci ilədək birtərəfli qaydada uzatması, əldə olunmuş razılaşmanın pozulması ilə yanaşı regionda gərginliyin artmasına gətirib çıxaracaq addımdır".
Bunu Newscenter.az-a AMİP liderinin köməkiçisi Əli Oruclu deyib. O bildirib ki, 2023-cü ildə Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Aİ Şurasının sabiq prezideti Şarl Mişelin birgə razılalığına əsasən həmin missiyanın tərkibi 40 nəfərdən ibarət olmaqla 2 aylıq nəzərdə tutulmuşdu. Lakin sonradan bu tərkib 200 nəfərədək artırıldı və missiyanın müddəti də uzadıldı:
"Təəssüflə qeyd etmək istərdim ki, müşahidə missiyası öz mandatından kənarlaşaraq Azərbaycana qarşı kəşfiyyat və təxribat aparmaqla ziddiyyətlərin dərinləşməsinə və normallaşma prosesinə əngəl olmaqdadır. Bakının dəfələrlə rəsmi etirazlarına baxmayaraq Aİ-nin müşahidə missiyası xüsusən də Zəngəzur bölgəsi istiqamətində davamlı olaraq "binokl diplomatiyası" həyata keçirməkdədir. Bu missiya sırf Qərbin maraqlarına xidmət edir və region üçün çiddi problemlər yaradır. Xüsusən də təhlükəsizliklə bağlı təkcə Azərbaycanın deyil, region oyunçuları üçün də arzuolunmazdır".
Süleyman