Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa təslimçi sülhə razı olmayacaq

Avropa təslimçi sülhə razı olmayacaq


"Səudiyyə Ərəbistanında Trampın komandasının Rusiya ilə görüşü fonunda bütün Avropa liderlərinin qeyri-rəsmi toplantısının çağrılması istəyi də onu göstərir ki, ABŞ-ın indiki durumda apardığı siyasətdən sonra Avropa artıq öz başının çarəsinə baxmağa məcbur olur".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, NATO Baş katibi Mark Rutte də Trampa rəğmən Ukraynanın yanında olacaqlarını dəfələrlə söyləyib:

"Zelenski də onlarsız və Ukraynanı qane etməyən şərtlərlə razılaşmayacaqlarını bəyan edib.

Görünən odur ki, Trampın Putinlə nə razılığa gəlməsindən asılı olmayaraq müharibənin uzanması üçün hələlik şərtlər müsait deyil. Avropa təslimçi sülhə razı olmayacaq. Bu, Avropanın təhlükəsizliyini təhlükə altına qoyacaq. Hesab edirəm ki, Tramp son nəticədə NATO və Avropanın yanında olmağa məcbur qalacaq".

Süleyman
Xəbəri paylaş