
Türkiyə Respublikasındakı Azərbaycan səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsinin Müasir Türk dialektləri və ədəbiyyatı kafedrası arasında əməkdaşlıq müzakirə olunub.
Newscenter.az Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən bildirir ki, bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və direktorlar professorlar F. Sema Barutcu Özönder və Dr. Mehmet Rıza arasında görüş keçirilib.
Görüşdə tədris prosesi, Azərbaycan türkcəsinə maraq və birgə layihələr barədə müzakirələr aparılıb. Bundan başqa Mərkəz rəhbərliyi tələbələrlə də görüşüb. Tələbələrlə keçirilən görüşdə Azərbaycan türk təhsili, mədəniyyəti və tarixi müzakirə olunub.
Sonda Mərkəz tərəfindən fakültəyə Azərbaycan haqqında kitab toplusu təqdim olunub.

Süleyman