
Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətlərinin Beynəlxalq Multimodal Nəqliyyat və Logistika Forumu keçiriləcək.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Macarıstanda baş tutan qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib ki, Forumun cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.
Özbəkistan prezidenti qeyd edib ki, sözügedən forum Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında nəqliyyat və logistika əlaqələrinin inkişafına öz müsbət təsirini göstərə bilər.
Süleyman