Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaşayış binasındakı yanğın 3 nəfərin həyatına son soydu

Yaşayış binasındakı yanğın 3 nəfərin həyatına son soydu


Türkiyədə çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın ölümlə nəticələnib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Diyarbəkirdə qeydə alınıb. Belə ki, Mərkəzi Qayapınar rayonu Fırat məhəlləsində 13 mərtəbəli binada naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə əraziyə çox sayda xilasetmə, tibb heyəti və polis qrupları sövq edilib. Güclü tüstünün olduğu binadan vətəndaşlar təxliyə edilib.

Diyarbakır valisi Murat Zorluoğlu 13 mərtəbəli binada baş verən yanğın nəticəsində xəstəxanaya aparılan 17 nəfərdən 2-si uşaq olmaqla 3 nəfərin həyatını itirdiyini açıqlayıb.

Yanğın xilasetmə qruplarının müdaxiləsi ilə nəzarət altına alınıb.

Cavid İmaməliyev
Xəbəri paylaş