Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çoban İŞİD-in 25 milyon dollarlıq xəzinəsini tapdı



Newscenter.az.30.10.2019. İraq çobanları ölkənin qərbindəki səhrada İŞİD terror qruplaşmasının başçıları tərəfindən gizlədilmiş milyonlarla dollar məbləğində xəzinəsini tapıblar.

Newscenter.az xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı bildirib.

Məlumata görə, terror qruplaşmasının silahlıları Anbar əyalətindəki səhrada dollarları, qızılları və gümüşləri gizlədiblər. Bunların ümumi məbləği 25 milyon dollardır.

"Yerli çobanlar İŞİD-in xəzinəsini tapıblar", - deyə telekanal xəbəri şərh edib.

Anar Tağıyev
Xəbəri paylaş