Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin inkişaf strategiyasının tarixi onun 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsindən başlayır



Newscenter.az.14.07.2020. Milli Məclisin deputatı Ağalar Vəliyev öz şəxsi facebook səhifəsində Ulu Öndər Heydər Əliyevin birinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü ilə bağlı paylaşım edib. Newscenter.az xəbər verir ki, paylaşımda deyilir:
Bu gün yeni tariximizin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 51-ci ildönümü tamam olur.

Ulu Öndər Heydər Əliyev həm Sovetlər Birliyi dövrünün siyasi-ideoloji çətinlikləri, həm də Azərbaycanda müstəqillik mərhələsinin başlanğıc illərinin mürəkkəblikləri şəraitində hər zaman liderlik funksiyasını ləyaqətlə həyata keçirib. Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrdə Azərbaycanın bütün məsuliyyətli problemlərinin həlli və ümummilli ideallarının gerçəkləşməsi onun adı ilə üzvi surətdə bağlıdır.

Heydər Əliyevin inkişaf strategiyasının tarixi onun 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsindən başlayır. Həmin ilin iyulun 14-də keçirilən tarixi plenumda Heydər Əliyev Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir və bununla da ölkəmiz sosial-iqtisadi inkişafında yeni epoxaya qədəm qoyur .

Bu dövrədək zəngin iqtisadi potensialının və təbii sərvətlərinin olmasına baxmayaraq Azərbaycan keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə və yaşayış səviyyəsinə görə axırıncı yerlərdən birini tuturdu. Ümummilli Liderin о zaman siyasi rəhbərliyə gəlişi sovet rejiminin sərt qanunlarına baxmayaraq Azərbaycanda bütün sahələrdə hərtərəfli tərəqqiyə yol açdı. Tarixi anlamda qısa zaman kəsiyini əhatə edən 1969-1982-ci illərdə Ulu Öndərin dahiyanə zəkası, titanik əməyi və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan inkişaf etmiş respublika kimi İttifaq tərkibində öncül sıralara yüksəldi.

O dövrün bəzi statistik göstəricilərinə nəzər salsaq görərik ki, gələcəyə hesablanmış 250-dən çox strateji obyekt istifadəyə verilib və bununla da iri sənaye müəssisələrinin sayı 1048-ə çatdırılıb. Bütövlükdə 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olunub, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2,5 dəfə, milli gəlir 2,6 dəfə artıb və Azərbaycan iqtisadiyyatının inkişafına 7,2 milyard manatlıq, yaxud əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyulub.
Heydər Əliyevi səciyyələndirən ən parlaq xüsusiyyətlərdən biri də onun hər zaman təhsilin, səhiyyənin, elmin, mədənyyətin və bütövlükdə humanitar sahələrin inkişafına qayğı ilə yanaşması idi.

Təsadüfi deyil ki, məhz 1969-1982-ci illərdə Azərbaycanın bu sahələrdə intibahının əsası qoyulub. Ulu öndərin İttifaq dönəmində respublikaya rəhbərliyi illərində ən böyük xidmətlərindən biri də xalqımızm milli və mənəvi dəyərlərinin qorunub saxlanılması ilə yanaşı azərbaycançılıq ideoloqiyasının formalaşması ücün möhkəm zəmin yaratması idi. Bunun bariz nümunəsi kimi 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin Konstitusiyasında Sovetlər Birliyinin digər respublikalarından fərqli olaraq azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsini vurğulamaq olar.

Miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun və şərəfli səhifələrini təşkil edən 1969-1982-ci illərdə Ümummilli Lider müdrik uzaqgörənliklə hazırda dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən müstəqil Azərbaycanın möhkəm iqtisadi bünövrəsini yaratdı.
Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən son 17 il ərzində dünyanın qlobal çağırışlarına uyğun olaraq uğurla davam etdirilməsi Azərbaycanı Avroatlantik məkanda mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, sürətlə tərəqqi edən, beynəlxalq aləmdə böyük nüfuzu olan, transmilli layihələri reallaşdıran və mötəbər tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevirib.
Xəbəri paylaş