Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda 15 mərtəbəli bina yanır

İstanbulda 15 mərtəbəli bina yanır


Türkiyənin İstanbul şəhərində hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Bakırköydə baş verən yanğını söndürmək üçün çoxlu sayda yağınsöndürən maşınlar əraziyə cəlb edilib.

Ataköy Uğur Mumcu Bulvarı Hanımeli Çiçeği küçəsində yerləşən 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində naməlum səbəbdən baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb. Mənzilə külli miqdarda ziyan dəyərkən, binanın bir çox sakini yanğından xilas olmaq üçün təxliyə edilib.

Yanğınsöndürənlər yanğının səbəblərini araşdırır.

Anar Əliyev
Xəbəri paylaş