Newscenter.az.8.04.2020. Prezident İlham Əliyev "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, Agentliyə yeni səlahiyyət verilib.
Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.