Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA könüllülük proqramına müraciət edən namizədlərin seçiminə başlayıb



Newscenter.az.20.05.2020. Bakı Nəqliyyat Agentliyinin (BNA) “Könüllülər ili” çərçivəsində elan etdiyi könüllülük proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.

Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Məlumata görə, mövcud karantin rejimi ilə əlaqədar namizədlərin seçimi onlayn müsahibə formatında keçirilir. Seçim 144 nəfər namizəd arasında aparılacaq. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilir.

Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılır. Hazırda müsahibə mərhələsi davam edir və nəticələr barədə namizədlərə məlumat bildiriləcək.

Xatırladaq ki, 2019-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 35 nəfər məzun adını qazanıb 8 nəfər isə Agentlikdə işlə təmin olunub.

Könüllülük proqramının keçirilməsində məqsəd dövlət başçısının çağırışına uyğun həyata keçirilən könüllülər hərəkatına dəstək olmaqdır.

Anar
Xəbəri paylaş