Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya XİN başçısı: "Qarabağla bağlı razılaşmalar qüvvədə qalacaq"



Newscenter.az.12.11.2020. “Bu gün Ermənistandakı etirazları, müxalifətin bu məsələdən sui-istifadə cəhdlərini görürük”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: “Yeddi rayonun bir ay bundan əvvəlki vəziyyətdə əbədi qalacağına dair hər hansı xəyallar yersizdir. Fikrimcə, əldə edilmiş razılaşmalara əsasən, hökumət bu torpaqların nə vaxtsa geri qaytarılacağını insanlara başa salmalı idi. O zaman qan da tökülməzdi”.

“Biz istərdik ki, bu münaqişə ATƏT-in Minsk qrupu həmsədrlərinin prinsiplərinə əsasən bundan xeyli əvvəl həll olunsun. Azərbaycan prezidenti də dəfələrlə bu barədə danışıb, həmsədrlərin təkliflərini yerinə yetirməyə hazır olduğunu bildirib. Bu yolla getsəydik, nəticə təqribən indiki kimi, amma qansız-qadasız olar, siyasi həllə əsaslanardı”, – XİN başçısı söyləyib.

Rusiyalı nazir Azərbaycanla Ermənistan arasındakı bütün yolların açılmasının da mühüm əhəmiyyət daşıdığını qeyd edib:

“Bu, bütün region üçün, ilk növbədə Ermənistan üçün çox mühümdür. Məhz bu ölkə Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanması nəticəsində ticarətin olmaması üzündən ən çox zərər çəkib. Bütövlükdə, hər kəs udacaq. Əminəm ki, Ermənistan hökuməti də öz xalqının mənafeyini rəhbər tutaraq öz məsuliyyətini dərk edir. Odur ki, əldə edilən razılaşma bütövlükdə qüvvədə qalaraq yerinə yetiriləcək”.
Xəbəri paylaş