Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uzun illər köçkün həyatı sürən qadınlarımızın məsələsi beynəlxalq forumda müzakirə olunub



Newscenter.az.12.11.2020. “Qadın Siyasətçi Liderləri” təşkilatı (WPL) Reykyavik Forumunun özəl sessiyası keçirilib.

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı, forumda Azərbaycanı təmsil edən Könül Nurullayeva çıxış zamanı diqqəti ölkəmizdə qadınlar və onların cəmiyyətdəki roluna yönəldib. Azərbaycanın bu sferada və pandemiya dövründə qazandığı uğurlara toxunub. Qeyd edib ki, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkün düşən soydaşlarımızın əsas hissəsini qadınlar təşkl edib, həssas qrup olan bu insanlara göstərilən dövlət qayğısı barədə məlumat verib.

“Həmçinin şanlı Azərbaycan Ordusunun və xalqımızın qazandığı qələbə sevincini forum iştirakçıları ilə bölüşdüm. Artıq bütün məcburi köçkün və qaçqınlarımızın öz doğma yurdlarına qayıdacağına, həyatlarını uğurla şəxsi və professional inkişaflarına həsr edəcəklərinə ümidvar olduğumu bildirdim”, - deyə K.Nurullayeva qeyd edib.

Xatırladaq ki, sessiyada Rvanda, Finlandiya, Kanada, İndoneziya, Polşa, Bəhreyn, Filippin, Livan, Kipr, Yunanıstan, Albaniya, İordaniya və digər ölkələrin qadın siyasətçiləri, parlament və senat üzvləri bir arada birləşmib. Tədbirdə post-pandemiya dövründə qadınların siyasi və sosial rolunun cəmiyyətdə artırılmasını müzakirə edilib, zərif cinsin nümayəndələrinin aparıcı vəzifələr tutması üçün atılacaq addımlar müəyyənləşdirilib, iştirakçı ölkələr şəxsi və ölkə təcrübələrini bölüşüblər.

Mehman
Xəbəri paylaş