Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda idarə rəisi minaya düşüb



Newscenter.az.3.03.2021. Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Səlim oğlu Əzimzadə rayon ərazisində minaya düşüb.

Bu barədə “Report” Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, minaya düşən H.Əzimzadə ağır yaralanıb:

“Hazırda o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ola bilsin ki, Bakıda yerləşən xəstəxanalarının birinə gətirilsin”.
Xəbəri paylaş