"AZAL-ın fəaliyyəti dərindən təftiş edilməli və bu qurumun bu qədər dövlət dəstəyi aldığı halda dövlət büdcəsinə ödənişlər etmək əvəzinə nədən zərərlə işləməsi səbəbləri ortaya çıxarılmalıdır. Yeri gəlmişkən ölkə Prezidenti İlham Əliyev bununla bağlı AZAL-ın rəhbərliyinin ünvanına ciddi tənqidlər söyləyib".
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq maliyyə naziri Fikrət Yusifov səsləndirib. O bildirib ki, döğrudan da çox əcaib bir vəziyyət mövcuddur:
"Dövlətdən milyardlarla manat dəstək alan və digər ölkələrlə müqayisədə aviobiletləri 3-4 dəfə baha satan AZAL nədən zərərlə işləməlidir? Bax burada, qeyri-hökumət təşkilatlarının reallaşdırdıqları dövlət layihələrində verilən ziyafətlərdə yemək masası arxasında 2-3 adamın kəm olduğunu foto və video sujetlərdə “axtarıb tapan” və onu şişirdib fil edən, adı Hesablama Palatası olan ölü bir qurum daha yaxşı olardı ki, AZAL-ın ziyanla işləməsinin səbəblərini ortaya çıxaraydı və bu vəziyyəti yaradanların məsuliyyətə cəlb olunsını təmin edəydi".
Mehman