Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaxın günlərdə Laçında Azərbaycan bayrağı dalğalandırılacaq” – Hərbi ekspert

“Yaxın günlərdə Laçında Azərbaycan bayrağı dalğalandırılacaq” – Hərbi ekspert


“Yaxın günlərdə Ordumuz Laçının mərkəzində Bayraq qaldırıb himnimizi səsləndirəcək!”- Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib hərbi ekspert bildirib ki, yaxın günlərdə Azərbaycan ordusu Laçın keçidində və Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırıacaq.

“Müdafiə naziri general polkovnik Z.Həsənov Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Yaxın günlərdə Ordumuz Laçının mərkəzində Bayraq qaldırıb himnimizi səsləndirəcək!

Kim Laçına girəndə Sus kəndindən keçəcəksə, Laçın teleqülləsinin altından üzü dəhlizə tərəf sülhməramlıların mövqelərindən şəkil paylaşsın. 1992-ci ilin oktyabrında Azərbaycanın ilk çağırışçı 45 əsgəri həmin mövqelərdə 3 gün Laçın dəhlizini qoruyub. 2 tank və 4 BMP-yə qarşı 1 PK, 1 RPQ-7, 1 RPK, qalanları AK idi. 11 yaralı, 4 nəfər itkin düşənə qədər döyüşdülər. Saatlarla yaralı olanlar bir dəfə sızıldamadı. Sonra isə qaranlıq saatlarda arxadan bir əsgərimizi arxadıkı Qızılca kəndindən vurdular mühasirədə olduğumuzu anladım. 3 gün kömək gəlmədi, son gündə itkilər artırdı, mən komandanlılqdan dəfələrlə aldığım əmri icra etməli oldum. Halbuki mövqeləri saxlamaq üçün 1-2 döyüşkən tağım kifayət idi. Geri çəkilmə təminatı sıfır idi. Nə isə, həyatımda özümə nifrət etdirən “dəhlizdən geri çəkilin” əmrini mən vermişəm. Hamı mövqelərdən çıxdı, sonda Seyidov Seymurla səngərləri bir də yoxlayıb Hoçaza qədər bölüklə birgə geri çəkildik. Mən o döyüşdə ermənini qarşısından məğlub oldum. Bölüyün qalan heyətini qorumaq, yaralananları xilas etmək üçün Həkərinin içi ilə erməninin qarşısından qaçdım.
Mənim bölük komandiri kimi düşmənə qoyub çıxdığım mövqeləri bu günlərdə qəhrəman övladlarımız geri qaytaracaq….

P.S. Film ssenarisi axtaranlar, kimi imkanı var, 1-ci ilə 2-ci Qarabağ müharibəsi zamanı dəhlizdə baş verənlər barədə filmlər çəkin, bəlkə 92-də nəzarət etdiyimiz dəhlizə qoşunları çıxarmayanlar etdikləri səhvlərin Azərbaycn üçün nə qədər ağır nəticələrə gətirib çıxardığını anlaya bildilər.” -deyə Ədalət Verdiyev bildirib.
Xəbəri paylaş