Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niyə meşə yanğınlarının başlaması FHN-ə güclü qınaq gətirən, məlum qüsurların aşkar olduğu günə təsadüf edir?

Niyə meşə yanğınlarının başlaması  FHN-ə güclü qınaq gətirən, məlum qüsurların aşkar olduğu günə təsadüf edir?


Azərbaycanda 4 gündür ki, yəni avqust ayının 15-dən başlanan meşə yanğınları davam edir. Və getdikcə şiddətlənir, əhatəsi də, genişlənir.

Yaydır, istidir, meşə yanğını çox ölkələrdə olur. Elə də, bizim ölkədə olur, çalışılır söndürülsün. Ancaq, bu məsələnin bir təhlükəsizlik tərəfi də var ki, hər bir yanğın halında həmin hadisənin təxribat ola bilməsi barədə də, düşünülməlidir.

Və bu yöndə düşünəndə bizdəki bu ilki meşə yanğınları ətrafında da bəzi suallar yarana bilir.

1. Niyə, bu yanğınlar yayın, avqust ayının daha isti 1-ci yarısında yox, 2-ci yarısından, 15-dən başlayıb? Və birdən-birə, Qəbələ rayonundan, Abrıx və Tikanlı kəndləri yaxınlığında ərazidən.
2. Niyə yanğınlar ölkənin məhz, Şimal sərhədə yaxın bölgəsindəki Şabran, Siyəzən Xaçmazda və Şimal Qərbdə isə yalnız Qəbələdə baş verir? (məsələn, İsmayıllıda, Oğuzda, ya Şəkidə yox).
3. Və niyə bu yanğınların başlanması 15.08,22, FHN-ə güclü qınaq gətirən, məlum qüsurların aşkar olduğu günə təsadüf edir? Həmin qınaq və ittihamlı diqqətləri bu strukturun fövqəladə halla mübarizəsi "müstəvisinə" yönəltmə üçün?

Bunlar sadəcə, ölkə təhlükəsizliyi naminə, "şər demədən, xeyir gəlməz" ehtiyatından yaranan suallardır. Hər halda bu suallar araşdırılmalıdır. Və təki, bu meşə yanğınları təsadüfi hal olsun.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş