“Biz hazırda ərzaq əldə etmək böhranı riski, eləcə də önümüzdəki aylarda ərzaq mövcudluğu böhranı ilə üzləşə bilərik”.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyun bəyan edib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sistemləri kövrəkdir və tədarük zəncirləri təzyiq altındadır:
“Dünya ərzaq böhranı ilə üzləşə bilər. Qida təhlükəsizliyinin miqyası qorxuludur. Aclıq səviyyəsi qəbuledilməz dərəcədə yüksəkdir. Son iki ildə aclıq Ukrayna ətrafında baş verən hadisələr, qlobal və milli iqtisadi sarsıntılar, planetin hər küncünə təsir edən iqlim böhranı da daxil olmaqla münaqişə və sabitliyin pozulması nəticəsində kəskin şəkildə artıb”.