Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Şuşada konsulluq açması Şuşanın əbədi təhlükəsizlik təminatı olacaq

Türkiyənin Şuşada konsulluq açması Şuşanın əbədi təhlükəsizlik təminatı olacaq


“Türkiyə prezidenti Zəngilana səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, "biz də Şuşada baş konsulluq açırıq". Türkiyə prezidentinin bu açıqlama verməsinin bir neçə cəhətdən əlamətdar olduğunu qeyd etmək mümkündür”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov səsləndirib. O bildirib ki, Türkiyə İranın Qafan konsulluğuna cavab addımı atır və bu bölgədə tərəflər arasında geosiyasi və geostrateji savaşın daha da dərinləşməsinə doğru gedir:

“Burada da Azərbaycan qardaş Türkiyə ilə eyni cəbhədə yer alacaq. Türkiyənin Şuşada konsulluq açması yeni hadisə deyildi və bu hadisə gözlənilən idi”. Mərkəz sədri qeyd edib ki, Türkiyənin Şuşada konsulluq açması həm Şuşanın əbədi təhlükəsizlik təminatı olmaqla yanaşı bir sıra mətləblərə də aydınlıq gətirəcək: “Bunların da içində bəzi güclərin, eyni zamanda Ermənistandakı bəzi revanşist güclərin Şuşa ilə bağlı çirkin niyyətlərinin üstündən xətt çəkmiş olacaq. Türkiyənin Şuşada açacağı konsulluq oranı Azərbaycanla yanaşı bütün türk dünyası üçün mənəvi mərkəz halına gətirə bilər ki, bundan sonra eyni addımı digər türkdilli dövlətlərin də atacağı istisna edilmir. Eyni zamandan dost və müttəfiq dövlətlərin də eyni addımı atması gözləniləndir”.

Samir Hümbətovun sözlərinə görə, Türkiyə ilə yanaşı bir sıra dövlətin də Şuşada konsulluq açması isə Azərbaycanın Qarabağ bölgəsində müharibə riskini minumuma edirə bilər ki, bu da bölgəyə qalıcı sülhü gətirəcək:

“Yuxarıda da qeyd edilənləri nəzərə alaraq deyə bilərik ki, qardaş Türkiyənin bu addımı təqdirəlayiq olmaqla yanaşı həm də alqışlanmalı məsələdir. Hesab edirəm ki, Şuşada konsulluğun açılması ilə şəhər turistik baxımından da vacib əhəmiyyətə malik yerə çevrilə bilər ki, bu da Azərbaycanın iqtisadi imkanlarını artırmış olar. Azərbaycanın isə Qarabağda nəzarəti tam şəkildə əlinə alması həm Zəngəzur dəhlizi üçün böyük imkanlar yaratmış olacaq, həm də dünyanın diqqətini regionumuza çevirəcək. Bu isə Türkiyə və Azərbaycanı, eləcə də müsəlman dünyasını özünə düşmən bilən, əvəzində isə Ermənistanla xoş münasibət quran İran üçün heç də arzu olunan hadisə hesab edilə bilməz”.

Mehman
Xəbəri paylaş