Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gündüz Abışovun timsalında Gəncənin telekommunikasiya sistemi özünün yeni inkişaf dövrünü yaşayır

Gündüz Abışovun timsalında Gəncənin telekommunikasiya sistemi özünün yeni inkişaf dövrünü yaşayır


Qloballaşan, daim irəliyə, yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları — İnternet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür etmək mümkün deyil. Yeni minillikdə bəşər sivilizasiyasını düşündürən ən aktual və təxirəsalınmaz məsələ telekommunikasiya və informasiya texnologiyaları sahəsində “inqilabi” dəyişikliklər yolu ilə əlçatmaz zirvələri fəth etmək, zaman və məkan fərqlərini aradan qaldırmaqdır.

Azərbaycanın ikinçi ən böyük şəhəri olan Gəncə şəhərində digər sahələrdə olduğu kimi, son zamanlar rabitə və yeni texnologiyalar sahəsində də sürətli inkişaf müşahidə olunur. Gəncə şəhər sakinlərinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılaraq internet istifadəçilərinin tələbatının ödənilməsinə yüksək şərait yaradılır.

Bu baxımdan son zamanlarda Gəncə şəhərində rabitə və informasiya texnologiyaları sahəsində müəyyən inkişafın əldə edilməsi təsadüfi deyil. Bütün bunlar cari ilin avqust ayında Gəncə Telekommunikasiya İdarəsinə yeni təyin edilən rəisi Gündüz Abışovun məqsədyünlü işlərinin və zəhmətinin nəticəsidir.

Gündüz müəllim istər həmkarları, istərsə də cəmiyyət arasında dərin savadı, peşəkarlığı, əxlaqı, şərqli mədəniyyəti, avropalı işgüzarlığı ilə diqqəti cəlb edən bir rabitə işçisi kimi qısa müddətdə artıq Gəncə sakinlərinin hörmətini qazanmışdır. Gündüz Abışov hamının gözündə ciddi və tələbkar, böyük erudisiyaya, geniş məlumata, zəngin həyat təcrübəsinə malik ziyalı kimi hər birimizin gözündə ucalmışdır. Onunla tanışlığımın tarixi, mənin şikayətim əsasında rəhbərlik etdiyi Gəncə Telekommunikasiya idarəsində qəbulunda olduğum zaman baş tutdu. Əminliklə deyə bilərəm ki, Gündüz Abışov idarə rəisi olaraq bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli bir insan kimi xarakterizə edilə bilər. Rəhbər kimi istənilən problemi həll edə biləcəyindən əmin olduğu üçün onun bu özgüvəni mənim ona qarşı münasibətimə müsbət təsir göstərmişdir. Nəticədə illərcə həllini tapa bilməyən rabitə problemi gün ərzində yüksək keyfiyyətlə və peşəkarlıqla aradan qaldırılmışdır. Mübaliğəsiz deyə bilərəm ki, Gündüz Abışovun timsalında Gəncənin telekommunikasiya sistemi özünün yeni inkişaf dövrünü yaşayır.

İnanıram ki, xalqımız, dövlətimiz və doğma Gəncəmiz, Azərbaycanda ən şərəfli peşə sahibi olan çox hörmətli Gündüz Abışovun xidmətlərindən bundan sonra da xeyli faydalanacaqdır. Eyni zamanda Gündüz Abışovun tərəqqipərvər bir ziyalı kimi şəhərimizin rabitə sahəsinə cəkdiyi gecəli-gündüzlü zəhməti layiqincə dəyərləndiriləcək, gələcək nəslə nümunə, etalon kimi göstəriləcəkdir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş