Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənstanla sərhədin açılması üçün lazımi texniki işlər davam edir: Türkiyə XİN

Ermənstanla sərhədin açılması üçün lazımi texniki işlər davam edir: Türkiyə XİN



Ankara və Yerevan iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli deyib. O X-də yazıb ki, 2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi kontekstində qəbul edilmiş etimad quruculuğu prosesi davam edir. Onun sözlərinə görə, bu prosesin bir hissəsi olaraq həyata keçirilən tədbirlərin davamı kimi Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqlar həyata keçirilib. Türkiyə XİN sözçüsü qeyd edib ki, həmin hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər başa çatıb.

"İki ölkə arasında ortaq sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər davam edir",-deyə Oncu Keçeli bildirib.

Süleyman
Xəbəri paylaş