"Çox təəssüf ki, bugünkü dünyada öz çirkin siyasi məqsədlərini həyata keçirmək üçün terroru vasitə seçən qüvvələr sivil və günahsız insanları hədəf seçir. Türkiyənin İstanbul şəhərində törədilən terror aktı bu ölkədə sabitliyi pozmağa və qorxu yaymağa yönəlib".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Türkiyə dövlətinə və cəmiyyətinə bu cür alçaq saldırılarla təsir etməyin mümkün olmadığını yaxın tarix çox yaxşı sübut edib:
"Türkiyə dövlətinin bu günkü kalkınması və qlobal aktora çevrilməsi görsənir ki, bəzi qüvvələri çox narahat edir. Terror aktı və sivil insanların hədəfə alınması heç bir mübarizəyə hədəf qazandıra bilməz. İnanıram ki, Türkiyə dövləti tezliklə bu terror saldırısını törədənlərin cəzalandırılması və bundan irəli gələn önləyici tədbirləri alacaq. Bu hücumları qətiyyətlə pisləyir, həyatını itirən bütün şəxslərə Allahdan rəhmət, yaralananlara acil şəfalar diləyirik.
Allah Türkiyəni qorusun!"
Mehman