Ukrayna silahlı qüvvələri ciddi hazırlıq prosesinin ardından çoxdandır gözlənilən əks hücüm əməliyyatlarına start verdi və ilk saatlarca bir sıra yaşayış məntəqələri işğalçılardan geri alındı. İşğal etdikləri mövqeylərdə mühəndis-istehkam işləri həyata keçirən rus hərbi birləşmələri bu aspektdə də uğurlu nəticə əldə edə bilmir və müdaifə döyüşlərini lazımı səviyyədə icra etməyi bacarmır.
Rusiya ordusunun uğursuzluqlarından danışarkən təkcə hərbiçiləri ittiham etmək düzgün olmaz. Qazanılan dırnaqarası nəticələrdə ordu ilə yanaşı müdaifə sənayesinin də payını xüsusi qeyd etmək lazımdır. İşğal başlamazdan öncə hər kəs zənn edirdi ki, paytaxt Kiyev 48 saat ərzində işğal olunacaq və bununla proses yekunlaşacaq. Ancaq reallıqlar tamam başqa məcrada inkişaf etdi və bu gün biz uğursuzluqlarını ard-arda sıralayan bir Rusiya ordusunu, dünyanın ikinci super gücünü izləyirik. Təbii ki müharibənin gedişatında Qərbin Kiyevə siyasi və hərbi dəstəyi həll edici rol oynadı. Qərb Rusiyanı zəiflətmək stradegiysanı peşəkarlıqla icra etdi ki, biz bunu verilən hərbi yardımların ölçüsündə və say tərkibində müşahidə etdik. Rusiya işğalın miqyasını genişləndirdikcə verilən silah-sursatın həcmində və növ sayında artım müşahidə olundu və nəticədə Vaşinqton Moskvanı bataqlığa çəkməyi bacardı. İndi isə Rusiya qarşısında ən müasir HHM sistemləri, müasir tank və zirehli transpartiyorlar, nöktə atışı icra edə bilən artilleriya sistemləri ilə təchiz olunmuş Ukrayna ordusu var.
Moskva xüsusi əməliyyatlar adı ilə pərdələdiyi işğal prosesində hər gün orta hesabla 500 milyon dollardan çox dəyəri olan hərbi sürsat sərf edir ki, bu sərfiyatın böyük hissəsi hədəfə çatmır. Xüsusilə yüksək dəqiqlikli silahlar kateqoriyasına məxsus avadanlıqların tətbiqi belə nəticəyə təsir etmir. ABŞ-ın Ukraynaya yerləşdirdiyi Patriot HHM sistemləri çox yüksək döyüş performansı sərgiləyir. Hətta hərb tarixinə düşəcək bir ilk də, məhz Patriotların adı ilə bağlıdır. Vladimir Putinin qarşısı alınmaz dediyi "KİNJAL" hipersonik raketləri yaxın keçmişdə Patriotlar tərfindən zərərsizləşdirildi. Bu raketlər faktiki olaraq Rusiyanın silahlanmasında olan ən müasir texnologiyadır. Və KİNJAL-ın lazımı effekti verə bilməməsi Kremldə hiddətlə qarşılandı ki, nəticədə 3 mühəndisə qarşı cinayət işi açıldı.
Xatırlatmaqda fayda var ki, hipersonik raket texnologiyası dünya üzərində saylı ölkələrdə mövcuddur. Bunlar "ABŞ, Rusiya, Çin, Hindistan, Şimali Koreya" və cənub qonşumuz İran ən son FƏTTAH adı verdiyi yeni raketinin hipersəs sürətində olduğunu iddia etməklə bu siyahıya adını yazdırdı.
Müharibənin şiddəti artığı bir zamanda Ukrayna üçün ekoloji fəlakət olaraq qiymətləndirəcəyimiz bir hadisə yaşandı. Dnepr çayı üzərində yerləşən Novo Kaxovka SES-ı topçu atışı sonrası partladıldı və Xerson vilayəti daxil olmaqla böyük bir ərazi təhlükə altına düşdü. İndiki məqamda ortaya iki sual çıxır.
1.Baş vermiş hadisə Ukraynanın əks hücüm əməliyyatlarına nə kimi təsir göstərəcək?
2. Rusiya öz uğursuzluqlarına daha yenilərini də əlavə edəcəkmi?
Hər iki tərəf bu hadisə ilə bağlı bir-birilərini ittiham etsədə əsas şübhələr məhz Rusiyanın üzərində cəmləşir. Rusiya Xersonda hazırladığı müdaifə istehkamları fonunda NATO-nun dəstəyi ilə icra olunan əks hücüm əməliyyatlarını ləngitmək üçün bu addımı atıb. Ancaq SES-in partladılması irəlidə Krım yarımadasının içməli su ilə təmin olunmasında ciddi problemlər yaşadacaq. Rusiya bu faktı gözə alaraq bu addımı atıbsa, deməli Krımın əldə saxlanılması ilə bağlı şübhələri mövcuddur.
Ukrayna ordusu rəsmiləri isə bəndin partladılmasının hərbi əməliyyatların gedişatına təsir etməyəcəyini vurğulayıb. Hesab edirəm ki, Ukrayna ordusu ruslara qarşı partizan döyüşünü dahada şiddətləndirəcək və Belqoroddan başqa ərazilərə də sıçrayışlar olacaq. Ukrayna rusları özlərinə qarşı döyüşdürmək taktikasında uğurla icra edir. Müharibə uzandıqca Rusiya siyasi və hərbi elitası arasında mübarizə kəskinləşəcək və bu situasiya Rusiyanı həddindən artıq zəiflədəcək.
Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi