Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 11 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 5 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 831 929 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 608 nəfər müalicə olunaraq sağalıb, hazırda 39 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 791, bu günə qədər isə ümumilikdə 7 640 803 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 75 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 776 olub.

Sevinc Mehdiyeva
Xəbəri paylaş