Çində polad zavodunda baş verən partlayış nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Çinin şimalındakı Liaoninq əyalətinin Yinkou şəhərində baş verib.
Yerli Fövqəladə Hallar İdarəsindən verilən açıqlamaya görə, partlayış Yingkou Dəmir və Polad fabrikinin əritmə sobalarından birində olub. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, Çində infrastrukturun köhnəlməsi və ya əməyin mühafizəsi tədbirlərinin qeyri-kafi olması səbəbindən istehsal və anbar obyektlərində zaman zaman insan tələfatına səbəb olan qəzalar baş verir.
Mehman Mehdiyev