İrandan Türkiyəyə doğru hərəkət edən sərnişin avtobusunda radioaktiv maddə aşkar edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ağrının Doğubəyazıt rayonunda İrandan gələn sərnişin avtobusunda aparılan yoxlama zamanı siqaret paketlərinin içərisində gizlədilmiş 6 qram kalifornium (radioaktiv element) aşkar edilərək götürülüb.
Axtarış zamanı həmçinin sərnişin avtobusunun sürücüsündən 9 qutu siqareti aşkar edilib. Siqaret qutularının içərisindən isə 378 qızıl sikkə aşkarlanıb.
Mehman Mehdiyev