Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meşəlik ərazilərə giriş QADAĞAN EDİLDİ -ÖZƏL

Meşəlik ərazilərə giriş QADAĞAN EDİLDİ


İstanbul Valiliyi meşə yanğınlarının qarşısını almaq üçün bəzi adekvat tədbirlər görmək qərarına gəlib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, qərara əsasən gəzinti və istirahət yerləri istisna olmaqla, meşə ərazilərinə giriş qadağan olunub.

Valilik bu qərarı yay mövsümündə istilərin artması, meşə sahəsində cəmləşən insan və nəqliyyat vasitələrinin hərəkətliliyi nəticəsində mümkün meşə yanğınlarının baş verə biləcəyi təhlükəsi ilə əlaqələndirib.

Qərarda qeyd edilir ki, meşəlik ərazilərdə manqal yandırmaq, kabab bişirmək, qaz balonu və ya qəlyandan istifadə etmək qəti qadağandır.

Anar TAGİYEV
Xəbəri paylaş