Ukrayna ilə Rusiya arasında münaqişədə istifadə edilən yeni hərbi texnologiyalar Rusiya telekanallarının yayımında yaranan problemlərə böyük təsir göstərib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə KATV-dən bildirilib.
Qeyd edilib ki, Rusiya telekanallarının hava siqnallarına elektron hücumlar nəticəsində iyunun 12-dən etibarən bütün peyk və kabel televiziyası operatorlarında, o cümlədən KATV1 kabel televiziyasında bəzi telekanalların siqnallarının yayımında müvəqqəti problemlər yaranıb.
Şirkətdən verilən məlumata görə, yeni texnologiyaların tətbiqi sayəsində bu texniki problemlərin əksəriyyəti qısa müddətdə aradan qaldırılıb və əksər telekanallarda yayım bərpa edilib.
KATV1 kabel operatoru ondan asılı olmayan səbəblərə görə Rusiya telekanallarının yayımı ilə bağlı yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir.
Sona