Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada sosial şəbəkələr qadağan edilə bilər

Fransada sosial şəbəkələr qadağan edilə bilər


Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə keçirdiyi görüşdə gələcəkdə böhranlı vəziyyətlərdə ölkədə sosial şəbəkələrin bağlanacağını istisna etmədiyini bildirib.

Newscenter-az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

“Biz gənclərin auditoriyasının sosial şəbəkələrdən istifadəsini təhlil edib, tətbiq edilməli olan qadağalar barədə düşünməliyik. Böhranlar baş verəndə onları tənzimləməyi və ya söndürməyi bacarmalısan”-deyə, o bildirib.

Fransa lideri vurğulayıb ki, bu məsələ ilə bağlı ayıq müzakirə lazımdır: “Sosial media qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə edildikdə, müzakirə ediləcək çox şey var”.(report)
Xəbəri paylaş