Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel görüşü Azərbaycanın maraqları baxımından növbəti uğurlu bəyantlarla yadda qaldı-POLİTOLOQ -ÖZƏL

Brüssel görüşü Azərbaycanın maraqları baxımından növbəti uğurlu bəyantlarla yadda qaldı-POLİTOLOQ


“Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən sayca altıncı görüş Azərbaycanın maraqları baxımından növbəti uğurlu bəyantlarla yadda qaldı”. Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, müzakirə olunan məsələlərə baxdıqda görürük ki, danışıqlar Azərbaycanın təyin etdiyi gündəlik əsasında keçirilir:

“Danışıqlarda 86,6 min kvadrat-kilometr ərazi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənitsan tərəfindən qəbul olunması bir daha vurğulanıb ki, bu da Ermənistan tərəfindən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin və hal-hazırda erməniərin nəzarətində olan 8 kəndimizin Azərbaycan ərazisi olaraq qəbul olunması deməkdir.

Növbəti müzakirə olunan məsələ yenə də Azərbaycanın uzun müddətdir təkidlə tələb etdiyi delimitasiya məsələsidir. Tərəflərin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etməsi özü də Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü sössüz qəbul etməsi və anklavda olan kəndlərimizin də Azərbaycan ərazisi olduğunu qəbul etməsi kimi qəbul oluna bilər. Şarl Mişelin açıqlamalarından məlum olur ki, tərəflər delimitasiya ilə bağlı komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər. Yəni Ermənistan tərəfi uzun müddətdir ki, müxtəlif bəhanələrlə delimitasiya komissiyasının işini uzatmaqdan əl çəkməlidir”.

Yusif Bağırzadə deyib ki, digər vacib məsələ 10 noyabr bəyanatında öz əksini tapmış və Azərbaycanın iki ildən arıtqdır ki, üzərində xüsusi olaraq dayandığı kommunikasiyaların blokadadan çıxarılması və Zəngəzur dəhlizi məsələsidir:

“Şarl Mişelin Avropa İttifaqının Prezidenti olaraq dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmasını tələb etməsi birbaşa Ermənistanla bağlıdır. Belə ki, Azərbaycan tərəfi yolun tikintisi ilə bağlı lazım olan bütün işləri görüb və görməkdə də davam edir. Ermənistan tərəfinin işə başlamaması üçün son gətirdiyi bəhanə maliyyə çatışmazlığı ilə bağlı idi. Amma son görüşdə Avropa İttifaqının müvafiq maliyyə töhfəsi verməyə hazır olduğunu bəyan etməsi Ermənistanın əlindən son bəhanəsini də almış olur.

Şarl Mişel mətbuat üçün açıqlamasında Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdi. Bu faktın özü belə Qarabağ ermənilərinin təhlükəsizliklə bağlı məsələsinin Ermənistana aid olmadığını və Azərbaycanın daxili işi olduğunu deməyə əsas verir”.

Politoloqun sözlərinə görə, mühüm məsələlərdən bir də humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivinin müzakirə mövzusu olmasıdır:

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu təklifi dəstəkləməsi Azərbaycanın növbəti uğuru kimi qəbul oluna bilər.

Görüşdə həmçinin sərhədi bilmədən keçən əsgərlərlə bağlı məsələ də müzakrə olunub və bu əsgərlərin qarşılıqlı şəkildə ölkələrinə təhfil verilməsi ilə bağlı müvafiq addımların atılması da razılaşdırılıb.
Son görüşün mühüm məqamlarında biri də təbii ki, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsinin də müzakirə edilməsi oldu. Bu məslə ilə bağlı konkret detallar müzakirə olunmasa da, müəyyən qərarlar olmasa da məsələnin danışıqlar masasına çıxarılması və müzakirə predmetinə çevrilməsi belə artıq böyük uğurdur. Sadalananları nəzərə alaraq Brüsseldə keçirilən son görüşün nəticələrini Azərbaycan üçün olduqca müsbət qiymətləndirirərm”.

Anar Əliyev
Xəbəri paylaş