Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Norveç balıqçı gəmilərinə qarşı cavab tədbirləri tətbiq edəcək

Rusiya Norveç balıqçı gəmilərinə qarşı cavab tədbirləri tətbiq edəcək


Rusiya Norveç balıqçı gəmilərinə qarşı bu il tətbiq oluna biləcək cavab tədbirləri hazırlayır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov Beynəlxalq Balıqçılıq Forumu və Balıqçılıq Sənayesi, Dəniz məhsulları və Texnologiyaları sərgisi çərçivəsində jurnalistlərə bildirib.

"Biz görüş keçirdik. Norveç tərəfi bildirdi ki, guya bizim razılaşmamız çərçivəsində işləyirik, biz bununla qətiyyən razı deyilik. Hələlik heç bir məhdudiyyəti aradan qaldırmayacaqlar", - Şestakov bildirib.

İlya Şestakov deyib ki, hazırda cavab tədbirləri hazırlayırıq və bunu vaxtı gələndə Norveç tərəfinə açıqlayacağıq

Onun sözlərinə görə, vəziyyət hələlik balıq ehtiyatlarına təsir göstərmir:

"Bu il biz hələ də 2024-cü ildə əldə etdiyimiz razılaşmalar əsasında fəaliyyət göstəririk. Ona görə də hazırda vəziyyət ilin sonuna qədər gözlənildiyi kimi inkişaf edir".

Qeyd edək ki, 2025-ci ilin iyulunda Norveç əsassız olaraq özünün eksklüziv iqtisadi zonasında iki rus şirkətinə balıq ovuna qadağa qoyub. Balıqçılıq üzrə Federal Agentliyin məlumatına görə, bu, su bioresurslarının birgə idarə edilməsinə dair mövcud müqavilələrin kobud şəkildə pozulmasıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş