
Ukrayna bu ilin dekabrından 2026-cı ilin yanvarına qədər qaz çatışmazlığı yaşayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı Mixaylo Bondar məlumat verib.
"Dekabr və ya yanvarda kifayət qədər qazın olmama riski çox yüksəkdir",-deyə deputat bildirib.
Parlamentin üzvü Oleksiy Qonçarenko qeyd edib ki, qaz infrastrukturuna geniş ziyan dəydiyi üçün ölkədə istilik mövsümü ciddi sual altındadır. Bloomberg-in məlumatına görə, oktyabrın 3-də Xarkov və Poltava vilayətlərində enerji infrastrukturuna edilən tətillərdən sonra Ukrayna qaz hasilat imkanlarının 60%-dən çoxunu itirib və yanacağın idxalına təxminən 1,9 milyard avro xərcləmək məcburiyyətində qalacaq.
Ukrayna Energetika Nazirliyi istilik mövsümü üçün yeraltı anbarlarda 13,2 milyard kubmetr qazın yığılmasını planlaşdırıb. Oktyabrın 14-nə 12 milyard kubmetr yığılıb. Bununla belə, bir sıra risklər qalmaqdadır. Konkret olaraq, ötən istilik mövsümündə Ukrayna mövcud qazın demək olar ki, hamısını anbarlardan çıxarıb. Oktyabrın 16-da Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Serhiy Koretski ölkə sakinlərini qaza mümkün qədər qənaət etməyə çağırıb.
Mehman Mehdiyev