Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antiterror və müharibə aparmağın Azərbaycan nümunəsi var

Antiterror və müharibə aparmağın Azərbaycan nümunəsi var


İsrailin antiterror tədbirləri adı altında Qəzzada həyata keçirdiyi əməliyyat ciddi etirazlara səbəb olur. Təl-Əvivin mülki obyektləri, xəstəxana və çörək zavodlarını da hədəfə alması insanlıq əleyhinə cinayət kimi xarakterizə edilir. Elə bütün bunlardan dolayı Qəzzaya edilən hücum antiterror əməliyyatı deyil, fələstinlilərin soyqırımı kimi dəyərləndirilir.

Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfail Eminov deyib ki, antiterror və müharibə aparmağın Azərbaycan nümunəsi var. O bildirib ki, biz mülkü obyektlərə, əhali olan yerlərə zərbə endirsəydik 2020-ci ildə Qarabağda məsələ 2 həftəyə bitərdi:

"Özünü mədəni dünya beynəlxalq ictimaiyyət hesab edən ölkələr indi nədən İsrailə haqq verir? Bu qədər inkişaf etmiş silahları olan ölkə nədən bizim kimi davranmır? Onları müdafiə edən özünü beynəlxalq hesab edənlər humanizimdən insan haqlarından danışmasınlar!".

Anar Əliyev
Xəbəri paylaş