Bu gün “Palmali Holding” şirkətinin Türkiyədə qeydiyyata alındığı 25-ci ildönümüdür. Newscenter.az xəbər verir ki, “Palmali Holding”in baş ofisi İstanbulda yerləşir, qurucusu və rəhbəri isə Mübariz Gurbanoğlu Mənsimovdur.
Şirkətin mətbuat xidmətinin 25 illik yubileylə bağlı yayınladığı mesajda bildirilir ki, 25 il ərzində enişli-yoxuşlu, dənişçilərin dili ilə desək, dalğalar və fırtınalarla dolu bir məsafə qət edilib:
"Sözsüz ki, bu zaman ağır günlərimizin dostlarını da, arxadan bizə zərbə vuran düşmənləri də gördük. Lakin heç bir dalğa, heç bir fırtına bizi addımladığımız cığırdan çıxara bilmədi. Çünki biz, “Palmali”yik!
Şəhidlərimizin adlarını daşıyan gəmilərimiz dünya sularında, dünyanın ən uzaq guşələrinə Azərbaycanın həqiqətlərini çatdırır. Şəhid və qazi övladlarına, imkansız ailələrin uşaqlarına təhsillərində dəstək olmaqla, “Palmali Holding” şirkəti inamlı gələcəyə yatırım edir. “Palmali Holding” şirkəti idmançılarımıza, incəsənət xadimlərimizə və müxtəlif problemləri olan bir çox insanlara dəstək olmaqla, onların həyatında dönüşün yaranmasına səbəb oldu. Biz bu işləri mütləq davam etdirəcəyik".
Mətndə daha sonra qeyd edilir:
“Palmali Holding” şirkəti bütün bunları ona görə edir ki, mənəviyyat və ülvi dəyərlərin hər şeydən üstün olduğunu bilir. “Palmali” ailəsi bunu ona görə edir və edəcək ki, özü bir dəyərdir. “Palmali” 5 qitədə, 7 dənizdə var idi, var və hər zaman olacaq. Biz hər zaman hərəkətdəyik və inkişaf edirik".
Anar Əliyev