Bizim müstəqilliyimizin bu günü və gələcəyi Azərbay¬can xalqının birliyindən, Azərbaycan xalqının həmrəyliyindən, Azərbaycan xalqının öz müstəqilliyini qorumaq əzmindən ası¬lıdır. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Azərbaycan yenicə qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üzləşəndə xalqın vətənpərvər ziyalıları ( 91-lər) çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində görürdü. Ulu Öndərə müraciət edən “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Partiya Heydər Əliyevin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, biliyi, xalqa xidmətləri, Naxçıvanda işlədiyi dövrdə göstərdiyi əsl vətənpərvərlik, xalqına sədaqəti Azərbaycanın mütərəqqi şəxslərini öz ətrafına toplamışdı. Bundan qısa bir müddət sonra isə Azərbaycan xalqının görkəmli Lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxması prosesi başladı. Onun qayıdışı ilə Azərbaycan sonrakı qaçılmaz süqutdan xilas oldu. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəyə mühüm təsir göstərdi, Azərbaycan tarixində həlledici rol oynadı, yeni mərhələyə yol açdı, ölkənin intibah dövrünün başlanmasına təkan verdi.
Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, YAP qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi. Patiyanın uzunmüddətli səyləri nəticəsində, Azərbaycanın inkişafına mühüm təsir göstərən müxtəlif siyasi uğurlar qazanıldı. Və bu 31 il ərzində, partiya bütün dövürlərdə çətin vəziyyətlərə cəsarətlə cavab verməyə qadir olan, güclü idarəetmə orqanı olduğunu sübut etdi. Bu da öz növbəsində Azərbaycanda qeyri-sabitlikdən qaçmağa və davamlı inkişafı təmin etməyə imkan yaratdı.
Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.
Ötən 31 il, inkişaf və yüksəliş ili, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. Partiyanın keçdiyi inkişaf yolu onun yaradıcısı, Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası respublikada keçirilən bütün seçkilərdə daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. Yeni Azərbaycan Partiyası böyük və şərəfli bir yol keçərək bir-birindən əhəmiyyətli uğurlara imza atmış, dövlətçiliyinin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynamışdır. İctimai həyatın bütün sahələrində ciddi tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün Ali baş komandan, cənab prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çağdaş dönəmdə müasirləşməsi, daha da inkişaf etməsi üçün partiya üzvləri xüsusi fəallıq göstərirlər.
Yeni Azərbaycan Partiyasıın getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlar yaradacaqdır.
Gədəbəy rayonTəhsil Sektoru,
Ərazi partiya təşkilatının sədri - Şahzadə Qəhrəmanlı