Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlar MDB PA-nın komissiya iclasında iştirak ediblər

Deputatlar MDB PA-nın komissiya iclasında iştirak ediblər


Oktyabrın 17-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – deputatlar Mixail Zabelin və Fatma Yıldırım iştirak ediblər.

Onlayn iclasda MDB iştirakçısı olan dövlətlər üçün ekoloji təhsilin model konsepsiyasının, quruma üzv dövlətlərin Model Torpaq Məcəlləsinin, həmçinin “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji monitorinq haqqında”, “Torpaqların mühafizəsi haqqında” və digər model qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

Yığıncaqda, bununla yanaşı, təşkilati məsələlərə də baxılıb, komissiyanın sədri və sədr müavinləri seçilib. Milli Məclisin deputatı Mixail Zabelin komissiya sədrinin müavini vəzifəsinə seçilib.

Süleyman
Xəbəri paylaş