Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı sahibkara məxsus TIR Türkiyədə yanıb

Azərbaycanlı sahibkara məxsus TIR Türkiyədə yanıb


Azərbaycanlı sahibkara məxsus iritutumlu yük maşını (TIR) Türkiyə ərazisində yanıb.

Newscenter.az xəbər verir ki, hadisə Türkiyənin Anadolu hissəsində qeydə alınıb. Belə ki, yük maşını hərəkətdə olarkən anidən təkərdə baş verən yanğın qısa müddətdə maşının salon və yük hissəsinə də keçib. Hadisə yerinə yaxın ərazidə xilasedici və yanğınsöndürən briqada olmadığından maşın tamamilə yanıb.

Məlumata görə, hadisə zamanı yük maşınının sürücüsü də yanıq xəsarətləri alıb.

Anar Əliyev
Xəbəri paylaş