Ermənistanın polis orqanlarında cinayət halları artıb.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, təkcə keçən il müxtəlif cinayətlər törətmiş 15 polis əməkdaşı DİN polis orqanlarında vəzifəsindən azad edilib.
Bundan başqa Ermənistanın Daxili İşlər Nazirliyi 26 polis əməkdaşı barəsində xidməti araşdırma aparıb. Nəticədə 22 polis əməkdaşına qarşı intizam tənbehləri tətbiq edilib.
Həmçinin, il ərzində 2 polis zabitinə töhmət, 3 polis zabitinə şiddətli töhmət verilib. 2 polis zabitinin rütbəsi isə aşağı salınıb.
Anar TAĞIYEV