Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı əhaliyə müraciət edib.
Newscenter.az-ın xəbərinə görə, nazirliyin mətbuat katibi İradə İbrahimova vətəndaşları küləkli havada ehtiyatlı davranmağa çağırıb.
"Küləkli hava şəraiti ilə bağlı insanlara tikinti aparılan yerlərdən, irigövdəli ağaclardan aralıda durmağı, avtomobillərini ağacların altında saxlamamağı məsləhət görürük. Küləyin təsirlərindən qorunmaq üçün xəbərdarlıqlara əməl olunmasını bir daha rica edirik. Gözlənilən hava şəraiti ilə bağlı yenilənən məlumatları meteo.az saytından əldə edə bilərsiniz", - nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Sona