Qazaxıstanda bir qrup hərbiçi həbs edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı Qazaxıstanın Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, həbslərə səbəb Otar vilayətindəki qarnizonda əsgərləri arasında kütləvi dava olub.
Faktla bağlı Korday Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir qrup şəxs tərəfindən törədilmiş vandalizm faktı ilə bağlı cinayət işi açılıb.
Cinayət törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Araşdırmalar davam edir.
Anar TAĞIYEV