Slovakiyanın paytaxtı Bratislavada bələdiyyə siqaret kötüklərini təkrar emal etməklə yeni yol çəkməyi planlaşdırır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bələdiyyə tərəfindən koordinasiya edilən tullantıların idarə edilməsi şirkəti OLO, 2024-cü il üçün yeni yol planını açıqlayıb. Bunun üçün şirkət şəhərə siqaret kötükləri və elektron siqaret filtrlərinin atılması üçün xüsusi qutular yerləşdirib.
Bildirilib ki, layihə çərçivəsində siqaret kötüklərinin xüsusi lifə çevrilməsi və asfalt məhlulu ilə qarışdırılması nəzərdə tutulur.
Anar TAĞIYEV