Qazaxıstanda sükanı sağda yerləşən avtomobillərin idxalına qadağa qoyulub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qadağa Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin bəzi bəndlərinə uyğun olaraq tətbiq edilir.
Ölkənin sənaye və tikinti nazirinin əmrinə əsasən, Qazaxıstana sağ sükanlı nəqliyyat vasitələrinin idxalı altı ay müddətinə qadağan edilib.
Nazirlikdən verilən məlumata görə, sağ sükanlı minik avtomobillərinin altı ay müddətinə Qazaxıstan Respublikasının ərazisinə sökülmüş şəkildə gətirilməsi də qadağan edilir.
Natiq Orucov