"İki gündür bütün sosial şəbəkələrdə Aygün xanım ilə bağlı paylaşımlar görürəm. Hər kəs nə qədər dəyərli sənətkar olmasından yazır, danışır. Lakin nəfəsi üstündə olanda Heydər Əliyev Fondundan, Mehriban Əliyevadan başqa kim Aygün xanımı yad edirdi?! Hansı sponsor ona dəstək verdi ki sənətini inkişaf etdirsin? Sənəti olmuyan mügənniciklərə dəstək olan sahibkarlardan, iş adamlarından, maddi durumu yaxşı olan muğənnilərdən kim dəstək durdu? Görmədim eləsini".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili daha sonra bunları vurğulayıb:
"Niyə biz yaxşı ilə pisə eyni dəyəri veririk? Niyə yaxşıya vaxtında lazımı dəyəri vermirik? Cəmiyyət olaraq hər şeyi dövlətdən gözlüyürük. Özümüz kim üçün nə etdik? Hansı mənəvi dəyərlərə dəstək verdik sualını özümüzə niyə vermirik?!".
R.Mehdiyeva