Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda gənc əsgər zabiti güllələdi

Ermənistanda gənc əsgər zabiti güllələdi


Ermənistanda hərbiçilər arasında silahlı qarşıdurma olub.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, hadisə Vardanes rayonundakı postlardan birində baş verib. Məlumata görə, yanvarın 9-da səhər saatlarında gənc çağırışçılardan biri odlu silahdan eyni postda xidmət edən zabitlərdən birinə atəş açıb. Erməni zabitin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə korpus komandiri Qaregin Poqosyanın hərbi hissədən kənarda olduğu vaxt baş verib. Hraparak.am iddia edir ki, korpus komandiri Qaregin Poqosyan hadisə baş verdiyi vaxt hərbi hissədə olmalı halda, öz evində dincəlirmiş.

Son məlumata görə, güllələnən zabit Arayik Karapetyan həlak olub.

Anar TAĞIYEV
Xəbəri paylaş