Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda qrip infeksiyassı geniş yayılır

Ermənistanda qrip infeksiyassı geniş yayılır


Ermənistanda qrip virusu geniş şəkildə yayılmağa başlayıb.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu səbəbdən təcili yardım üçün müraciət edən vətəndaşların sayı da kəskin artıb. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, virus əsasən 18 yaşa qədər olan insanları hədəf alır.

Təcili yardım üçün müraciət edən ermənillər isə bu qrumun yaxşı işləməməsindən şikayətləniblər. Bildirilir ki, bir çox hallarda təcili yardım briqadaları çağırışa gəlmirlər.

İrəvan şəhər Tibb Mərkəzinin rəhbəri Ruben Qriqoryan isə deyib ki, Təcili Tibb Yardıma müraciətlərin artması və həkim çatışmamazlığı səbəbindən bəzən həkimlər çağırışa gedə bilmir və xəstəyə telefonla məsləhətlər verirlər.

Mehman Mehdiyev
Xəbəri paylaş