Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Doğum evi yandı, ölən və çoxlu sayda yaralı var

Doğum evi yandı, ölən və çoxlu sayda yaralı var


İraqda gecə saatlarında doğum evində yanğın baş verib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, yanğın zamanı 4 körpə ölüb, 36 nəfər yaralanıb.

Hadisə İraqın cənubundakı Divaniyyə şəhərində qeydə alınıb. İraqın səhiyyə naziri Salih əl-Hesnəvi hadisə yerində jurnalistlərə verdiyi açıqlamada yanğının xəstəxananı təmir edən tikinti şirkətinə məxsus tullantı materialları olan konteynerdə baş verdiyini bildirib. Nazir həlak olan 4 körpənin yanğından deyil, tüstüdən zəhərlənərək öldüyünü deyib.

Əl-Hesnəvi bildirib ki, istintaqın yekun nəticələri 3 gündən sonra açıqlanacaq.

Anar TAĞIYEV
Xəbəri paylaş