Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində bu gün səhər saatlarında baş verən yanğın təəssüf ki, bir neçə can aldı. Baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə yaydığı məlumatında qeyd edilir ki, yanğın zamanı 4 uşaq həlak olub, 3 nəfər isə tüstüdən zəhərlənib.
Baş vermiş hadisə yenidən ölkədə yanğın təhlükəsizliyi ilə məşğul olan qurumların öz vəzifələrinin öhdəsindən gələ bilməmələri ilə bağlı fikirləri aktuallaşdırıb. Newscenter.az-ın xəbərinə görə, sabiq baş nazir Pənah Hüseyn məlum hadisə barədə deyib ki, Bakının mərkəzində, ölkənin 1 N- li perinatal müalicə müəssisəsindəki bu dəhşətin bəraəti yoxdur:
"Artıq nə baş verməlidir ki, ölkədə yanğın təhlükəsizliyinin bərbad vəziyyətdə olması və fövqəladə qərarların, tədbirlərin qəbul edilməsi zərurəti başa düşülsün. Buna görə bütün məsullar, lap təpədən başlayaraq ən ciddi məsuliyyətə cəlb edilməlidir",-deyə Pənah Hüseyn vurğulayıb.
Süleyman