Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Perinatal Mərkəzdə ba. verən yanğın ciddi araşdırılma tələb edir

Perinatal Mərkəzdə ba. verən yanğın ciddi araşdırılma tələb edir


Azərbaycanın Respublika Perinatal Mərkəzində (Perinatal-yuxarı risqli hamiləlik və doğuşlardı) bu gecə yanğın baş verib. Və təəssüf ki 4 uşaq körpə həyatını itirib. Yanğına reaksiyalar dərhal və intensiv olub, müvafiq xilasetmə strukturları tərəfdən, müşahidəmizə görə. Ancaq itkilər var.

Bu tibb mərkəzini tanıyıram, bəzi araşdırma və ekspertiza işlərimiz olub, uşaq ölümü və həkim səhvləri ilə bağlı. Güclü, müalicəvi müəssisədir, həkimləri də yüksək ixtisaslı. Belə ki, ölkədə ən ağır hamiləlik, doğuş, doğuşsonrası ağırlaşma hallarında ən son ümid yeri kimi, bu mərkəzdir.

Xeyli xərc aparan təmirdən və müasur apparat və avadanlıqla təmindın sonra daha da imkanlı müəssisəyə çevrilib. Ancaq bu qədər təminatla bu nə təhlükəsizlik boşluğu imiş bu cür həssas, körpələr, hamilələr yerləşən müəssisədə? Nə idi o partlayışı və yanğını yaradan, yaranıbsa, niyə dərhal xəbərdaredici və söndürücü qurğuların işə düşməsi olmayıb? Personal təlimata uyğun, belə halda lazımı addımlarını atıbmı? Xilasolma ehtiyat fövqəl çıxış yolları işlək olubmu? Video, süjetdə, FHN əməkdaşlarının barokameralarda körpələri, hamilə qadınları pilləkənlərlə əyərək aşağı daşıdıqları görünürdü. Bu cür müasir bir binanın, müəssisənin ehtiyat liftləri yoxdurmu?

Ümumiyyətlə bu cür həssas müəssisə yerləşən binanın yanğına, digər fəlakətlərə qarşı texniki və s. təhlükəsizliyinə və hazırlıqlı olmasına FHN tərəfdən nəzarət qaydalı həyata keçirilibmi? Bu suallara artıq, prokurorluq araşdırması və bura cəlb edilən kriminalist, texniki, məhkəmə-tibbi ekspert mütəxəssislər cavab verməlidir. Xüsusi də körpələrin ölüm səbəbi aydlnlaşmalı. Görək, günahlı səbəb texniki, insan ya təbii faktordur? Ciddi həssas məsələdir hadisə, körpələr itkisilə.

Elə körpələrin köçürülməsi özü, fəsadlı ola bilir. Nə isə, ciddi araşdırılma tələb edir, belə hadisə ki, günahkarlar obyektiv aydın edilib cəzalarını alsınlar və gələcəkdə bunlar təkrar olunmasın!

İlqar Altay-İctimai Tıədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş